9. DIABETIK MIKROANGIOPATIYALAR
Diabetik mikroangiopatiyalara aiddir
 • Diabetik retinopatiya 
 • Diabetik nefropatiya.
 9.1. DIABETIK RETINOPATIYA
 
| Diabetik retinopatiya (DR) şəkərli diabet zamanı gözün torlu qişasının damarlarının mikroangiopatiyası olub, axırıncı stadiyada görmənin tamamilə itməsinə gətirib çıxardır. | 
| DR-nin stadiyası | Torlu qişanın damarlarının dəyişikliyinin xüsüsiyyəti | 
| 1.Qeyri-profilerativ | • Mikroanevrizmalar, hemorragiyalar, bərk eksudatlar • Makulopatiya (eksudativ,işemik,ödemli, | 
| 2.Preproliferativ | Yumşaq eksudativ ocaqlar, damarların qeyri-bərabər kolibri, intraretinal mikro damar anomaliyaları | 
| 3.Proliferativ | Görmə sinirinin diskində və torlu qişanın periferiyasında neovaskulyar sahələr, şüşəvari çismə qan sızmalar, preretinal qansızmalar | 
DR-nın proliferativ stadiyasının ağırlaşmaları
| • Torlu gişanın laylanması • Qüzehli gişanın rubeozu ; • Ikincili qlaukoma. | 
 DR-nin diaqnostikası
 
| DR-nın diaqnostikasının oftolmolojı metodları | |
| Mütləq müayinələr  | Əlavə müayinələr | 
| 1.Görmə qabiliyyətinin təyini | 1.Göz dibi damarlarının şəklinin cəkilməsi | 
| 2.Göz daxili təzyiqin ölcülməsi | 2.Flyuresent angioqrafiya | 
| 3.Göz bəbəyinin genişlənməsində birbaşa və ya qayıdan oftalmoskapiya | 3.Billurun və şüşəvari cismin əhəmiyyətli bulanmasında USM  | 
| 4.Billurun və şüşəvari cismin yarıqlı lampanın köməyi ilə biomikroskopiyası | 4.Görmə sinirinin və torlu qişanın funksional vəziyyətini təyin etmək üçün elektrofizioloji müayinə metodlar | 
DR-nın inkişafinın risk qrupları
| • 3 ildən artıq 1-ci tip şəkərli diabetlə xəstələnmiş 18 yaşdan yuxarı xəstələr • Xəstəliyin müddətindən asılı olmayaraq 1-ci tip şəkərli diabetlə xəstələnmiş uşaqlar(18 yaşdan kiçik) • Xəstəliyin müddətindən asılı olmayaraq 2-ci tip şəkərli diabetli xəstələr | 
DR-nın skrininqi
 
| Risk qruplarında tədbirlər  | Kim yerinə yetirir | 
| Mütləq müayinə metodları | Oftalmoloq | 
| Retinopatiyanın klinik formalarının təyini | Oftalmoloq | 
| Spesifik müayinə metodlarının seçimi | Oftalmoloq | 
DR-nın stadiyasından asılı olaraq oftalmoloq tərəfindən müayinə olunmanın vaxtı
| DR-nın stadiyası  | Müayinə vaxtı | 
| DR yoxdur | Ildə 1 dəfə  | 
| Qeyri-profilerativ DR makulopatiyasız | Ildə 2 dəfə | 
| Qeyri-profilerativ DR makulopatiya ilə | Ildə 3 dəfə | 
| Preproliferativ DR | Ilde 3-4 dəfə | 
| Proliferativ DR | Təyin olunan kimi dərhal, sonra ildə 3-4 dəfə | 
| Hamiləliyin istənilən stadiyasında DR | 3 ayda 1 dəfə | 
 DR-nın müalicəsi
 
| 1. Karbohidrat mübadiləsinin kompensassiyası (Hb Alc 7,0%). 2. Lazer fotokoaqulyassiyası(lokal, fokal,panretinal). 3. Kriokoaqulyassiya ( transkonyuktival, transskleral). 4. Vitrektomiya. | 
Lazer fotokoagulyassiyasına göstəriş (oftalmoloq təyin edir)
| DR-nın stadiyası  | Göz dibində dəyişiklik  | Metodu  | DR-nın diaqnostikasinın təyinindən sonra əməliyyatın vaxtı | 
| Qeyri-profilerativ | Kapilyarların genişlənməsi, paramakulyar nahiyədə xırda damarların əhəmiyyətli burul- ması ; bərkimiş eksudatların olması, torlu qişanın ödemi; makulopatiya. | Lokal və / və ya  fokal | 2 aydan gec olmayaraq; makulopatiyada təcili və/ və ya bir neçə həftə müddətində | 
| Preproliferativ | çoxlu retinal hemorragiya- lar,paramakulyar nahiyədə çoxlu mikroanevrizmalar, digər sahədə mikroanevriz- malar damarların burulma- sı, venaların gərilmə ilə genişlənməsi; yumşaq ek- sudatlar, | Fokal və/ və ya panretinal | Təcili və ya bir neçə həftə müddətində | 
| Proliferativ | Torlu qişanın səthində yeni törənmiş damarların inki şafı torlu qişanın traksionsuz başlangıc fibrozu, preretinal qansızma | Panretinal  | Dərhal və ya bir necə həftə müddətində | 
 Lazer fotokoaqulyassiyasına əks göstəriş
| • Şuanın sınma mühütünün bulanması (katarakta,şüşəvari çismə qansızma, buynuz təbəqənin bulanması • Torlu qişanın traksion laylanması, retinoşizis, torlu qişanın laylanması • Əhəmiyyətli fibroz; • Bəbəyin riqidliyi (midriatik maddələrin təsirindən genişlənməmə). Nisbi əks göstəris: arterial hipertoniya, qan xəstəlikləri. | 
Kriokoaqulyassiyaya göstəriş(oftolmoloq təyin edir) 
 
| • Torlu qişanın laylanması • Residivləşən uveit; • Hemoftalm | 
Vitrektomiyaya göstərişlər (oftolmoloq təyin edir)
| • Tezləşmiş qansızmalar – preretinal və şuşəvari cismdə ; • Torlu qişanın səthində proliferativ toxumanın və yeni törəmə damarların inkişafının proqresləşməsi; • Vitreoretinal dartilmalar və yayılmış yenitörəmə damarlarla müşahidə olunan köbud profilerativ dəyişikliklər ; • şuanın sınma mühütünün bulanması, bəbəyin rigidliyi, buynuz təbəqənin rubeozu, göz daxili təzyiqin yüksəlməsi; • Torlu qişanın yayılmış eksudativ laylanması | 
 DR-da angioprotektorların tətbiqi az effektlidir və məsləhət görülmür
| Şəkərli diabetin ağırlaşmalarının profilaktikasının və uğurlu müalicəsinin əsas şərti – xəstəyə qlikemiyanın səviyyəsinə özünün nəzarət etməsinin öyrədilməsidir. | 
9.2. DIABETIK NEFROPATIYA
| Diabetik nefropatiyalar(DN) – bu böyrək damarlarının şəkərli diabetdə spesifik zədələnməsi olub, yumaqcıq və ya diffuz qlomerulosklerozun formalaşması ilə muşahidə olunur və terminal stadiyada xroniki böyrək çatmamazlığının inkişafı ilə xarakterizə olunur. | 
| • Mikroalbuminuriya stadiyası. • Proteinuriya stadiyası, böyrəyin azot ifrazı funksiyası- nın saxlanılması ilə • Xroniki böyrək çatmamazlığı stadiyası | 
DN-nın diaqnostikası(mütləq olunmalı müayinələr)
| • Mikroalbuminuriyanın müayinəsi (MAU) • Proteinuriyanın müayinəsi (sidiyin ümumi klinik analizində və sutkalıq sidikdə) • Sidik çöküntüsünün müayinəsi(eritrositlər, leykositlər) • Kreatinin və sidik cövhərinin qan zərdabında müayinəsi • Yumaqciğın filtrassiya sürətinin müayinəsi(YFS) | 
Mikroalbuminuriyanın müayinə metodları
• « Mikral-test » test – zolağı ilə
 • Immunokimyəvi metodlar
 • « DCA -2000» cihazı ilə
 
Albuminuriyanın diaqnostikasının göstəriciləri
| Albuminuriya | Sidikdə albuminin konsentrassiyası, mq/l | Sidikdə albu- min/kreatinin nisbəti,mq/mmol | ||
| Səhər porsiya- sında,mkq/dəq | Sutkada,mq | |||
| Normaalbuminuriya | <20 | <30 | <20 | <2,5(kişi)  | 
| Mikroalbuminuriya | 20-200 | 30-300 | 20-200 | 2,5-25,0(kişi) 3,5-25,0(qadın | 
| Proteinuriya | >200 | >300 | >200 | >25 | 
Böyrək yumaqcığı filtrassiyasinın sürətinin müayinə metodları
• Reberq- Tareyev probası – sutkada endogen kreatinin klirensinə görə (80-120 ml/dəq ;
 • Kokroft – Qolt formulasına görə hesablama metodu :
Kişilər üçün(norma 100-150ml/dəq)
YFS=1,23 x [(140-yaş(illər))x bədən çəkisinə (kq)] / Qanın kreatini (mkmol/l)
Qadınlar üçün (norma 85 – 130 ml/dəq)
YFS=1,05 x [(140-yaş(illər)x bədən cəkisinə(kq)] / Qanın kreatini (mkmol/l)
DN-nın inkişafının risk qrupları (MAU olmasını yoxlamaq üçün hər
 il skrininq lazım olanlar
 
| Xəstələrin kateqoriyası  | Skrininqin başlama vaxtı | 
| Postpubertat yaşında təyin olunmuş 1-ci tip ŞD  | Diabetin debyutundan 5 il sonra  | 
| Körpə yaşında təyin olunmuş 1-ci tip ŞD | 10-12 yaşından hər il | 
| Pubertat yaşında təyin olunmuş 1-ci tip ŞD | Diaqnoz təyin olunan kimi  | 
| 2-ci tip ŞD xəstələri | Diaqnoz təyin olunan kimi | 
DN-nın skrininqi
| Risk qruplarında tədbirlər | Yerinə yetirir | 
| Mütləq müayinə metodları | Endokrinoloq – diabetoloq | 
| Nefropatiyanın klinik formasının təyini | Endokrinoloq – diabetoloq | 
| Spesifik müalicə metodunun seçilməsi • Mikroalbuminuriya stadiyası • Proteinuriya stadiyası • XBÇ-nın stadiyası --konservativ -- terminal | 
 Endokrinoloq – diabetoloq Endokrinoloq + nefroloq | 
Diabetik nefropatiyanın stadiyasından asılı olaraq ŞD xəstələrdə lazım olan müayinələr.
| Nefropatiyanın stadiyaları | Monitoring | Müayinənin vaxtı | 
| Mikroalbuminuriya | • HbAlc • Albuminuriya • AT səviyyəsi • Kreatinin və sidik cöfhəri • Lipidlər • EKQ (+lazim olduqda gərginlik testleri) • Göz dibi | 3 ayda 1dəfə Ildə1 dəfə Ayda1 dəfə(normaldırsa) Ildə 1 dəfə Ildə 1 dəfə (normaldırsa) Ildə 1 dəfə Okulistin məsləhəti | 
| Monitoring | Müayinənin vaxtı | |
| Proteinuriya | • HbAlc • AT səviyyəsi • Proteinuriya • Qalıq azot/albumin • Kreatinin və sidik cöfhəri • YFS • Lipidlər • EKQ, EXOKQ • Göz dibi • Avtanom və sensor neyropatiyanın müayinəsi | 3 ayda 1dəfə Müntəzəm olaraq 6 ayda 1 dəfə 6 ayda 1 dəfə 3-6 ayda 1 dəfə 6-12 ayda 1 dəfə 6 ayda 1 dəfə Kardioloqun məsləhəti Okulistin məsləhəti Nevropatoloqun məsləhəti | 
| Monitoring | Müayinənin vaxtı | |
| XBÇ | • HbAlc • AT səviyyəsi • Proteinuriya • YFS • Kreatinin və sidik cöfhəri • Zərdabin kalisi • Lipidlər • EKQ • Göz dibi • Qanın ümümi Hb- ni | 3 ayda 1dəfə Müntəzəm olaraq 6 ayda 1 dəfə 6 ayda 1 dəfə 3-6 ayda 1 dəfə 6-12 ayda 1 dəfə 6 ayda 1 dəfə Kardioloqun məsləhəti Okulistin məsləhəti Nevropatoloqun məsləhəti | 
DN-nın müalicəsi.
| DN-nın stadiyası | Müalicənin prinsipləri | 
| Mikroalbuminuriya  | • Karbohidrat mübadiləsinın optimal kompensassiyası (HbAlc7,0 %). • Angiotenzinə cevirən fermentlərin ingibatorunun (AçF) normal AT-də supressor dozalarda, AT 130/85mm.c.s. olduqda orta terapevtik dozalarda tətbiqi. • Dislipidemiyanın korreksiyası (əgər varsa) • Heyvani zülalın mötədil məhdudlaşması ilə diyeta (çəkinin 1kg-na 1qr zülaldan artıq olmamaqla) | 
| Proteinuriya stadiyası | • Karbohidrat mübadiləsinin optimal kompensassiyası (HbAlc7,0 %). • AT 120 – 130/75--80mm.c.s. səviyyəssində saxlamaq; birinci seçim preparatları AçF ingibatorlarıdır. • Dislipidemiyanın korreksiyası (əgər varsa) • Aşağı zülallı diyeta(çəkinin 1kg-na 0,8qr zülaldan artıq olmamaqla) | 
| XBç stadiyasi Konservativ | • Karbohidrat mübadiləsinin optimal kompensassiyası (HbAlc7,0 %). • AT 120 – 130/75--80mm.c.s. səviyyəsində saxlamaq; birinci seçim preparatları AçF ingibatorlarıdır (qanda kreatinin səviyyəsi 300 mkmol/l-dən yuxarı olduqda ehtiyatla təyin etməli ); kombinə olunmuş antihipertenziv terapiya məsləhət görülür (AçF ingibatoru+ilməvari diuretiklər – furosemid+ kalsi antoqonistləri+selektiv -blokatorlar + mərkəzi sinir sisteminə təsir edən hipotenziv preparatlar ) • Heyvani zülalın 1kq çəkiyə 0,6 qrama qədər azaldılması • Böyrək anemiyasının müalicəsi(eritropoetin) • Hiperkalemiyanın korreksiyası • Fosfor –kalsi mübadiləsinin korreksiyası • Enterosorbsiya | 
| Terminal stadiya | • Hemodializ • Peritoneal dializ • Böyrəyin transplantassiyası | 
Diabetik nefropatiyanın proteinuriya və XBÇ-nın başlanğıc stadiyası olan (qanda kreatinin 250mkmol/l qədər) xəstələrdə icazə verilən şəkər aşağı salan preparatlar
| • Qlikvidon (glurenorm) • Qliklazid • Repaqlinid (Novonorm) • Akarboza (Qlukobay) • Insulinlər | 
Şəkərli diabet zamanı dializ edilməsinə göstəriş
| • YFS 15ml/dəq-dən az olduqda • Qanda kreatinin səviyyəsi 600mkmol/l-dən çox olduqda | 
Xroniki hemodializ
| Üstünlüyü | Çatışmamazlığı | 
| • Qanın təmizlənməsi aparat metodu olub həftədə 3 dəfə olunur(hər gün yox) • Tibbi personalın müntəzəm müşahidəsi • Görməsini itirmiş xəstələr üçün mümkündür(özünə xidmet edə bilməyənlər üçün) | • Damara daxil olmanın çətinliyi(zədələnmiş damarların zəifliyi ilə əlaqədar) • Hemodinamik pozğunluqların ağırlaşması • Arterial təzyiqin idarə olunmasının çətinliyi • ürək damar patalogiyasının sürətlə proqresleşməsi • Retinopatiyanın proqresləşməsi • Stasianara daimi təhkim olunma | 
Peritoneal dializ
| Üstünlüyü | Çatışmamazlığı | 
| • Stasianar müalicə tələb etmir(ev şəraitinə uyğunlaşdırılmışdır) • Böyrək və sistem hemodinamikasinın daha stabil göstəricilərini təmin edir. • Orta toksik molekulların yüksək klirensini təmin edir • Insulini introperitoneal yeritməyə imkan verir(buda daha yüksək metabolik nəzarəti təmin edir) • Damara daxil olmanı tələb etmir • Hemodializden 2-3dəfə ucuzdur | • Proseduraların gündəlik olması(sutkada 4-5 dəfə) • Görmə itdikdə proseduraların müstəqil yerinə yetirilməsinin mümkün olmaması • Residiv verən peritonitin inkişaf təhlükəsi • Retinopatiyanın proqressləşməsi | 
Böyrəklərin transplantassiyası
| Üstünlüyü | Çatışmamazlığı | 
| • Transplantatın fəaliyyət müddətində böyrək çatmamazlığından tam müalicə • Retinopatiyanın stabilləşməsi • Polineyropatiyanın inkişafinın geri qayıtması • Reabilitassiyanin çox yaxşı olması • Sağalmanın çox yaxşı olması | • Operativ müdaxilənin lazım olması • Transplantatın ayrılma riski • Steroid preparatlarının qəbulu zamanı metabolik nəzarətin təmininin çətin olması • Sitostatiklərin qəbulu ilə əlaqədar infeksion ağirlaşmaların yüksək riski • Köcürülmüş böyrəkdə diabetik qlumerosklerozun təkrar inkişafı | 
Şəkərli diabetin ağırlaşmalarının profilaktikasının və uğurlu müalicəsinin əsas şərti – xəstəyə qlikemiyanın səviyyəsinə özünün nəzarət etməsinin öyrədilməsidir.