11. DIABETIK NEYROPATIYALAR.
| Diabetik neyropatiya şəkərli diabetdə sinir sisteminin zədələnməsi nəticəsində yaranır. | 
Təsnifatı (diaqnozun ifadə olunması)
| • Mərkəzi sinir sisteminin zədələnməsi : - ensefalopatiya - mielopatiya • Periferik sinir sisteminin zədələnməsi: - diabetik polineyropatiya sensor forma (simmetrik, qeyri-simmetrik), hərəki forma (simmetrik, qeyri-simmetrik), sensor-hərəki forma (simmetrik, qeyri-simmetrik), - diabetik mononeyropatiya (kəllə və onurğa beyini sinirlərinin ötürücü yollarının izolə olunmuş zədələnməsi; - avtonom (vegetativ ) neyropatiya kardiovaskulyar forma, qastrointestinal forma, urogenital forma, simptomsuz hipoqlikemiya, başqaları | 
Diabetik neyropatiyanın diaqnostikası
• Mərkəzi sinir sisteminin zədələnmələrinin diaqnozu nevropatoloq tərəfindən xüsusi müayinə metodları tətbiq etməklə təyin olunur.
 • Periferik sinir sisteminin zədələnmələrinin diaqnozu aşağıdakı metodlarla təyin olunur.
| Neyropatiyaların formaları | Klinik əlamətləri  | Diaqnostika metodları | |
| Mütləq | əlavə(imkan olduqda) | ||
| • Sensor | Hissiyat pozğunluqları • Vibrassiya | Kalibrə olunmuş kamerton ( pəncənin böyük barmağında şkalanın oktavasının göstəricisi 4/8 azdır) 
 | Biotenziometr  
 | 
| •Temperatur  | Isti / soyuq əşya ilə toxunma | ||
| •Ağrı  | Iynənin küt ucu ilə batırma | ||
| •Taktil  | Pəncənin plantar səthinə mo- nofilamentlə toxunma. | ||
| •Proprioseptiv  | Sensitiv ataksiyanın təyin olunması (Romberq pozasında  dayanıqsızlıq) | ||
| • Hərəki | əzələ zəifliyi,əzələ atrofiyası. | Vətər reflekslərinin( Axilles, diz) zəifləməsinin və ya olmamasının təyin olunması. | Elektroneyromioqrafiya  | 
| • Aftonom  | • Kardio-vaskulyar forma. | • Ortostatik hipotoniyanın təyin olunması (“uzanmış” vəziyyətdən “ayaqüstü” vəziyyətə keçərkən ATi330 mm.c.s. enməsi ) • ürək döyünmələrinin sayının tezləşməsinin nəfəs alma və nəfəs vermənin ləngiməsi zamanı olmaması. • Valsalva probası (ürək döyünməlerinin sayının gərginləşmə zamanı artmaması) | • AT sutkalıq moni- torinqi (AT-in gecə enməsinin olmaması) • EKQ-nin Xolter monitorinqi (sutka ərzində maksimal və minimal ürək döyünmələri arasında fərqin dəqiqədə<14 olması). 
 | 
| 
 
 | Qastroparez,öd yollarının diskineziyası, ishal və qəbizliyin növbələşməsi klinikası əsasında diaqnoz qoyulur | Qastroenteroloji mü- ayinə 
 
 | |
| 
 • Urogenital forma | Sidik ifrazı hissinin itməsi, erektil  disfunksiyanın olması əsasında diaqnoz qoyulur - | Uroloji müayınə | |
 Diabetik neyropatiyanın inkişafının risk qrupları
| • 1-ci tipli ŞD xəstələr- diabetin debütundan 1 il sonra | 
Diabetik neyropatiyanın skrininqi
| Risk qruplarında tədbirlər | Yerine yetirir  | 
| Mütləq müayinə metodları  Neyropatiyanın klinik formalarının təyini  | Endokrinoloq-diabetoloq(nevroloq)
 
 | 
| Spesifik müalicə metodunun seçilməsi 
 | 
 
 
 Nevroloq | 
Diabetik neyropatiyanın müalicəsi
| Neyropatiyaların mərkəzi formasının müalicəsi : • Şəkərli diabetin kompensassiyası(HbAlc<7%) ; • Nevroloqun məsləhəti. | 
| Diabetik mononeyropatiyanın müalicəsi : | 
| Diabetik polineyropatiyanın müalicəsi : • şəkərli diabetin kompensassiyası(HbAlc<7%) ; • Tioqamma 600mq 150ml 0,9%li NaCl məhlulunda v/d damci – 3 həftə, sonra tioqamma 600mq (tablet) səhər yeməkdən qabaq– 2 ay, ildə 2 dəfə kurs müalicə; • Milqamma 100mq 1 dr.sutkada 2 dəfə – 2 ay, ildə 2 dəfə kurs müalicə • Ağrı sindromunda milqamma 0,2ml hər gün və ya günaşırı 5-10 iynə; • Ağrı sindromunun və qıc olmanın simptomatik terapiyası(antidepressantlar, qıc olma əlehinə preparatlar) ; • Lazım olduqda fizioterapevtik müalicə: induktotermiya, maqnitoterapiya, massaj. | 
| Diabetik avtonom neyropatiyanın müalicəsi : • şəkərli diabetin kompensassiyası(HbAlc<7%) ; • Mütəxəssisin məsləhəti (kardioloq,qastroenteroloq, uroloq və s.) | 
| Şəkərli diabetin ağırlaşmalarının profilaktikasının və uğurlu müalicəsinin əsas şərti – xəstəyə qlikemiyanın səviyyəsinə özünün nəzarət etməsinin öyrədilməsidir. |