Diabet xəstəlik deyil, həyat tərzidir!
Əlaqə
Email: farhad@diabet.az
Alqoritm 14
- Подробности
- Просмотров: 6841
14. HAMILƏLIK VƏ ŞƏKƏRLI DIABET
Şəkərli diabet fonunda hamiləlik ananın və dölün sağlamlığı üçün risklidir.
Şəkərli diabetlə xəstə ana üçün risk faktorları
| • Damar ağırlaşmalarının proqresləşməsi (retinopatiya,nefropatiya,ÜIX); • Hipoqlikemiyanın,ketoasidozun tezləşmiş inkişafı • Hamiləliyin tezləşmiş ağırlaşmalari(gecikmiş hestoz, infeksiyalar, döldə mayenin çoxluğu). | 
 Şəkərli diabetlə xəstə ananın dölü üçün risk faktorları.
| • Yüksək perinatal ölüm; • Anadangəlmə anomaliyalar (2-3 dəfə yüksək); • Neonatal ağırlaşmalar; • şəkərli diabetin inkişaf riski: - əgər ana 1-ci tip diabetdirsə – 1,3% - əgər ata 1-ci tip diabetdirsə – 6,1% | 
Hamiləliyə əks göstəriş – hamiləliyin kəsilməsinə tibbi göstəriş
 (endokrinoloq-diabetoloq və akuşer-ginekoloq təyin edir):
| • Ağır nefropatiya – kreatinin klirensinınin 50ml/dəq az olması, sutkalıq proteinuriyanın 3,0qr və daha çox olması, qanda kreatinin 120mmol/l çox olması, arterial hipertoniya ilə ; • Ağır ürəyin işemik xəstəliyi; • Proqresləşən proliferativ retinopatiya. | 
Hamiləlik arzu edilməzdir :
 (endokrinoloq-diabetoloq və akuşer-ginekoloq təyin edir)
| • Qadının yaşı 38-dən yuxarı olduqda; • Hamiləliyin ilkin dövrlərində HbAlc>7% • Hamiləliyin ilkin dövrlərində diabetik ketoasidozun inkişafında; • Ər arvadın hər ikisində diabet olduqda ; • Şəkərli diabetin ananın rezus sensibilizassiyası ilə birgə olması • Şəkərli diabet və ağ ciyərlərin aktiv vərəminin birgə olması • Xroniki piyelonefritin olması • Hamiləlik vaxtı şəkərli diabeti yaxşı kompensassiya olunmuş xəstələrin anamnezində dölün tələf olması və ya inkişaf qüsurları ilə uşaqların doğulması hallarının olması • Pis sosial məişət şəraiti; | 
Hamiləliyin planlaşdırmasına qədər müaliçənin taktikası 
 (endokrinoloq-diabetoloq təyin edir)
| • Xəstəyə ona və dölə olan risklər haqqında məlumatın verilməsi; • Hamiləliyin planlaşdirılması • Hamiləliyə 3-4 ay qalmış ideal kompensassiya; - ac qarına qlikemiya 3,5 – 5,5mmol/l; - yeməkdən 2saat sonra qlikemiya 5,0 – 7,8mmol/l; - HbAlc<6,5%; • Yalnız gen mühəndisliyi məhsulu olan insan insulinindən istifadə etmək; • Vitaminlərlə, dəmirlə, fol turşusu ilə(400mk qr gündə)zəngin diyetaya əməl etmək • Retinopatiyanı müalicə etmək; • Antihipertenziv terapiya (AÇF ingibatorlarını kəsmək); • Siqaret cekməmək; | 
Hamiləlik dövründə müalicənin taktikası
 (endokrinoloq-diabetoloq və akuşer-ginekoloq təyin edir)
| • Adekvat diyetanın gözlənilməsi: - kalorilik: 1-ci uç aylıqda – BÇI görə 30 kkal/kq; 2-ci - 3-cü üç aylıqda – BÇI görə 35-38 kkal/kq; - tərkibi: zülallar - 15% , _________Yağlar - 30%, _________Karbohidratlar – 55%(əsasən mürəkkəb), _________Zülalın istifadəsi 1,5 – 2,0qr/kq 
 | 
Dölün vəziyyətinin antenatal qiymətləndirilməsi
| Hamiləliyin müddəti, həftə | Müayinə  | 
| 7-10 | UZM (dölün həyat qabiliyyəti) | 
| 16 | Alfa-fetoproteinin təyini | 
| 18 | UZM(inkişaf qüsurları) | 
| 24 həftədən | Dölün inkişafına rəy üçün hər 4 həftədən bir UZM | 
| 28 həftədən | Kardiotokoqrafiya (KTQ), gecikmiş hestozda hər 1-2 həftədən müntəzzəm KTQ.  | 
| 38 həftədən | Gündəlik KTQ, ağ çiyərlərin inkişafının normallığıni təyin etmək üçün amniosentez  | 
Xəstəxanaya yerləşdirmə zərürəti 
 (endokrinoloq-diabetoloq və akuşer-ginekoloq təyin edir)
| • Hamiləliyin ilkin dövründə (müayinə, hamiləliyin saxlanma məsələsini həll etmək, şəkərli diabetin kompensassiyası, “diabet məktəbində” öyrənmək üçün); • Hamiləliyin 21-24 həftəliyində (agirlaşma təhlükəsi olduqda); • Hamiləliyin 35-36 həftəliyində (dölü dəqiq müşahidə üçün, mamalıq və diabetik ağırlaşmaların müalicəsi , doğuşun metod və vaxtının seçilməsi). | 
Hamiləlik vaxtı əks göstərişdir:
| • Şəkər aşağı salan istənilən həblər; • AÇF ingibatorları • Qanqlioblokatorlar; • Antibiotiklər (aminoqlikozidlər, tetrasiklinlər,makrolidlər və s.) | 
Hamiləlik vaxtı antihipertenziv terapiya
| Qəbul ətməyə icazə verilmişdir | Doza  | Göstəriş  | 
| Metildopa(dopegit) | 250mq gündə 3 dəfə | Bütün hamiləlik dövründə | 
| Nifedipin(korinfar) | 10mq gündə 3 dəfə | Yalnız hipertonik krizlərdə | 
| Furosemid | Xəstənin vəziyyətinə görə təyin olunur. | Ananın həyatına təhlükə olduqda; - Ağ ciyərin ödemi; - ürək çatmamazlığı - Kəskin böyrək çatmamazlığı | 
Doğuşun taktikası 
 (akuşer-ginekoloq təyin edir)
 
| • Optimal müddət – 38ci – 40cı həftə  • Optimal metod – doğuşun təbii qaydada proqramlaşdırılması və doğuş vaxtı və doğuşdan sonra qlikemiyaya dəqiq nəzarət etməklə • Qeysər kəsiyinə göstəriş ________- mamalıqda ümumi qəbul edilmiş ________- diabetin və hamiləliyin əhəmiyyətli və ya proqresləşən ağırlaşmalarının olması ________- dölün çanaq gəlişi | 
Doğuşdan sonra xəstələrə nəzarət taktikası (endokrinoloq təyin edir)
|  • insulin dozasının aşağı salınması • ana südü ilə qidalanma (hipoqlikemiyanın inkişaf riski haqqinda xəbərdarlıq) • kompensassiyaya, ağırlaşmalara, çəkiyə, AT-ə nəzarət • 1-1,5 il hamiləliyin planlaşdırılmaması | 
 
			












