15. Hestasion şəkərli diabet
| Hestasion şəkərli diabet (HŞD) – bu hamiləlik zamanı birinci dəfə əmələ gəlmiş və ya aşkar olunmuş karbohidrat mübadiləsi pozğunluğudur. | 
HŞD-in inkişafının risk qrupları
| Parametrlər |  Yüksək risk |  Mötədil risk | Aşağı risk | 
| Artıq çəki (ideal çəkidən 20% artiq) | Hə | Hə | Yox | 
| Yaxın qohumlarda 2-ci tip ŞD | Hə | Yox | Yox | 
| HŞD anamnezdə  | Hə | Yox | Yox | 
| Qlükozaya tolerantlığın pozulması | Hə | Yox | Yox | 
| Əvvəlki və ya hal-hazırkı hamiləlikdə qlükozuriya | Hə | Hə/yox | Yox | 
| Anamnezdə hidroamnion və ya iri döl | Hə/yox | Hə | Yox | 
| Anamnezdə çəkisi 4000 qramdan artıq uşağın doğulması və ya ölü doğulmuş | Hə/yox | Hə | Yox | 
| Hal-hazirki hamiləlikdə çəkinin sürətlə artması | Hə/yox | Hə | Yox | 
| Yaşın 30-dan yuxarı olması | Hə/yox | Hə | <30 yaş | 
 HŞD-in diaqnostikası və skrininqi
HŞD-in diaqnostikası və skrininqi
Qlükozaya tolerantliq testinə əsasən HŞD-in aşkara çıxarılma kriteriyaları
| Qlükozanın miqdarı  | Acqarına | 1saatdan sonra | 2 saatdan sonra  | 3 saatdan sonra | 
| 50qr qlükoza 100qr qlükoza | >5,3 mmol/l >5,3 mmol/l | >7,8mmol/l >10,0mol/l | - >8,6mmol/l | - >7,8mmol/l | 
100qr qlükoza ilə qlükozaya tolerantlıq testinin göstəricilərinin ən azı 2 göstəricisi normadan yuxarıdırsa HŞD diaqnozu qoyulur. Əgər göstəricilərdən biri normadan yuxarıdırsa onda test 2 həftədən sonra təkrar olunur.
 
 HŞD-in müalicəsi
 Diyeta .
| • Kalorilik - ideal cəkiyə uyğun 25-30 kkal/kq. • Karbohidratlar – 35-40%. • Zülallar – 20-25% • Yağlar – 35-40% | 
 Insan insulini ilə insulinterapiya
 
|  Diyetanın gözlənməsi fonunda ac qarına qlikemiya >5,5mmol/l və yeməkdən 2saat sonra >7,8mmol/l olduqda aparılır. Karbohidrat mübadiləsinin kompensassiyasının kriteriyaları: - qlikemiya ac qarına 3,5 -5,5mmol/l; - qlikemiya yeməkdən 2saat sonra 5,0 – 7,8mmol/l - HbAlc<6,5% | 
 Şəkər aşağı salan həb preparatları əks göstərişdir.
 HŞD hamilələrin sonraki müalicəsi və aparılması manifest şəkərli diabet kimidir.
 Hamiləlikdən sonra müşahidə taktikası
  
| • Ananın karbohidrat mübadiləsinin vəziyyətinə təkrar rəy verilməsi doğuşdan 6 həftədən gec olmayaraq yerinə yetirilməlidir. • Qlikemiyanın normal səviyyəsində təkrar müayinə 3 ildə 1 dəfə aparılmalıdır. Karbohidratlara tolerantlığın pozulmasında isə ildə 1 dəfə müayinə aparılmalıdır. Növbəti hamiləlik 1-1,5 ildən sonra planlaşdırılmalıdır. |