12. DIABETIK PƏNCƏ SINDROMU
| Diabetik pəncə sindromu – şəkərli diabetdə pəncələrin pataloji vəziyyəti olub, dərinin və yumşaq toxumaların, sümüklərin və oynaqların zədələnməsi və trofik yaraların əmələ gəlməsi ilə, dəri – oynaq dəyişiklikləri və irinli – nekrotik proseslərlə xarakterizə olunur.  | 
Təsnifatı(diaqnozun ifadə olunması)
| • Neyropatik forma - osteoartropatiyasız; - diabetik osteoartropatiya-Şarko oynağı. • Neyroişemik forma. • Işemik forma. | 
Diabetik pəncə sindromunda yara defektinin təzahür dərəcəsi
| Dərəcə | |
| 0 | Yara defekti olmur, lakin dəri quruluğu, barmaqların dimdikvari deformassiyası,metatarzal sümüklərin başcıqlarının qabarması, digər oynaq və sümük anomaliyalari olur. | 
| 1 | Infeksiya əlamətləri olmayan səthi yara | 
| 2 | Adətən infeksialaşmış, lakin prosese sümük toxumasının qoşulmadığı dərin yara. | 
| 3 | Abses yaranması və prosesə sümük toxumasının cəlb olunması ilə dərin yara. | 
| 4 | Məhdudlaşmış qanqrena(barmaqların və ya pəncənin). | 
| 5 | Bütün pəncənin qanqrenası. | 
Diabetik pəncə sindromunun diaqnostikası
Mütləq müayinə metodları:
| • anamnezin toplanması • ayaqlara baxış; • nevrolojı statusun qiymətləndirilməsi; • arterial qan dovranının vəziyyətinin qiymətləndirilməsi; • yara defekti materialının bakteriolojı müayinəsi | 
Anamnez
| Neyropatik forma | Işemik forma | 
| Diabetin uzun müddətli gedişi və ya/ və anamnezdə yaranın olması, pəncənin amputassiyası, pəncənin, barmaqların, dırnaq plastinkalarının deformassiyası. 
 | Hipertoniya xəstəliyi və/ və ya dislipidemiya və/ və ya anamnezdə ürək-damar xəstəliklərinin,damarların aterosklerotik zədələnməsinin olması.  | 
| Alkagoldan sui- istifadə | Siqaret çəkmədən sui- istifadə. | 
Ayaqlara baxış
| Neyropatik forma | Işemik forma | 
| Quru dəri, artıg güc düşən nahiyələrdə hiperkeratoz.  | Dərinin rəngi – solğun və ya sianozlaşmis- hdir, pəncə atrofiyalaşmış,çox vaxt çatlar olur. | 
| Pəncənin,barmaqların,baldır-topuq oynaqlarının spesifik deformassi- yası, ikitərəfli şişlər. | Barmaqların, pəncənin deformassiyası spesifik xarakter daşımır. | 
| Hər iki tərəfdə pəncə arteriyalarında pulsassiya saxlanılır | Pəncə arteriyalarında pulsassiya zəifləmiş və ya yoxdur. | 
| Artıq güc düşən nahiyələrdə ağrısız yara defektleri. | Kəskin ağrılı akral nekrozlar | 
| Subyektiv simptomatikanın olmaması xarakterikdir. | Növbələşən ağsama | 
Nevroloji statusun qiymətləndirilməsi 
 Diabetik neyropatiyanın mütləq müayinə metodlarına bax.
 
 Arterial qan dövranının vəziyətinin qiymətləndirilməsi
 
| Metodlar  | Zədələnmələrin əlamətləri  | 
| Mütləq müayinə metodları  | |
| Topuq–çiyin indeksinin ölçülməsi (uzanmış vəziyyətdə) | Topuq arteriyasının sistalik AT-nın (dizaltı nahiyədə ölçülür) çiyin arteriyasının sistalik AT-nə nisbəti <1,0 | 
| Əlavə müayinə metodları | |
| • Arterial qan dövranının sürətinin ölçüməsi ilə dopleroqrafiya. 
 | Orta sürət 5-6 sm/saniyə 
 Defektlər: konturlar və dolmalar. | 
Yara defektinin bakteriolojı müayinəsi antibiotik terapiyaya həssaslığın təyini üçün yerinə yetirilir.
Diabetik pəncə sindromunun risk faktorarı
| • Klinik əlamətlərlə özünü göstərən distal polineyropatiya; • Periferik damarların istənilən mənşəli xəstəlikləri; • Pəncənin deformassiyası • Görməni əhəmiyyətli zəifləməsi(tam korluq); • Diabetik nefropatiya; • Yaşlı xəstələrin tək yaşaması • Alkagoldan sui – istifadə; • Siqaret çəkmə | 
Risk qruplarında diabetik pəncə sindromunun skrininqi.
| Mütləq müayinə metodları Diabetik pəncə sindromunun klinik formalarının təyini 
 | 
Diabetik pəncə sindromunun inkişafına risk faktorları olmadıqda müayinə ildə 1 dəfə aparılır.
 Diabetik pəncə sindromunun müalicəsi
 Diabetik pəncə sindromunun neyropatik formasının müalicəsi (endokrinoloq – diabetoloq tərəfindən ixtisaslaşmış şöbələrdə (kabinetlərdə – diabetik pəncə) aparılır.
 
| • şəkərli diabetin kompensassiyası(HbAlc<7%); • Zədələnmiş ətrafın immobilizassiyası və ya işinin azaldılması, ortopedik vasitələrdən də istifadə etmək olar; • Hiperkeratozlu sahələrin təmizlənməsi; • Pəncənin infeksiyalaşmış defektində antibiotikterapiya; • Antiseptik məhlulların tətbiq olunması ilə yaraların yerli işlənməsi(xloheksidin 0,05%li, dioksidin 1%li, 0,05%li,0,25%li) | 
Sarğılar
| Təmizlənmə stadiyası  | Qranulyassiya stadiyası  | Epitelizassiya stadiyası | 
| Aktisorb,inadin,hidrokol, sorbaqol | Hidrosorb,hidrosorb +, atrav- man, bronolind | Hidrofilm, bioklüziv | 
Diabetik pəncə sindromunun işemik formasının müalicəsi
| 1. Cərrahi müalicəyə hazırlıq etapında: • şəkərli diabetin kompensassiyası(HbAlc<7%); • Pəncənin qorxulu işemiya əlamətlərinin aradan götürülməsi; - Reopoliglükin 400,0 v/d damcı, - kurantil, fleksital, fraksiparin - vazaprostan 600mkq 250ml 0,9%li NaCl məhlulunda v/d damcı – 21-28 gün; • Sulodeksin 600 v/sutka e/d – 14 – 21 gün, sonra 30-40 gün 250 vahid gündə 2 dəfə per os . Tam kurs ildə 2 dəfə 2.Damarlarda rekonstruktiv əməliyyat cərrahi stasionar şəraitində aparılır. | 
Mütləq xəstəyə qlikemiyaya özünün nəzarət etmə metodunu və pəncələrə qulluq qaydalarını öyrətmək lazımdır!