Diabet xəstəlik deyil, həyat tərzidir!
Əlaqə
Email: farhad@diabet.az
Alqoritm 19
- Подробности
- Просмотров: 5945
19. ŞƏKƏRLI DIABETDƏ CƏRRAHI MÜDAXILƏ.
 Şəkərli diabetli xəstə cərrahi stasionara daxil olduqda lazımdır:
 
| 1. əməliyyatın vaxtını təyin etməli ; 2. anestezioloq, cərrah və endokrinoloq sıx əməkdaşlıq yaratmalı 3. qlikemik profili optimallaşdırmaq (mütləq kompensassiya heç də həmişə nisbi hipoqlikemiyanın inkişafı ilə əlaqədar özünü doğrultmur); 4. köməkçi müayinələri yerinə yetirmək (EKQ,döş qəfəsi orqanlarının rentgenoskopiyası, elektrolitlərə nəzarət). | 
Təcili və təxirə salınmaz əməliyyatlar.
 
 Əməliyyatdan qabaq hazırlıq
 
| • 1-ci tip ŞD-də insulinterapiyanın sxemində dəyişiklik etmək; • 2-ci tip ŞD-də əvvəl qəbul edilən şəkəri aşağı salan həbləri kəsmək və insulinterapiyaya kecmək. | 
| Əməlliyat vaxtı lazımdır: | |
| Qlikemiya | Qlikemiya | 
| 5,5-11,1 mmol/l  | >11,1 mmol/l  | 
| QKI* qarışığı (saatda 2-4 vahid qısa müddətli təsir edən insulin)  | 0,9% NaCl – 400,0ml + qısa müddətli təsir edən insulin 2-4 vahid saatda  | 
| Qlikemiyanı yaxşılasdırmaq | |
(mütləq kompensassiya heçdə həmişə nisbi hipoqlikemiyanın inkişafı ilə əlaqədar özünü doğrultmur)
| Əməliyyata 20-30 dəqiqə qalmış və 3-4 sutka əməliyyatdan sonra: 5%-li qlükoza 400ml + insulin (qısa müddətli) 1V/kq v/d damcı, 2-4 vahid/saat+KCl 10 mmol/l. Infuziya 1-ci şam yeməyindən 30-60 dəqiqə sonra qurtarır. 1-ci 10 saatda 25 – 75 ml hidrokartizon yeridilməlidir. | 
| Əməliyyat dövründə qlikemiya 8,5-11,0 mmol/l olmalıdır. Qlikemiya və kaliyə nəzarət əməliyyat vaxtı saatda 1 dəfə və əməliyyatdan 5-8 saatdan sonra aparılmalıdır. əməliyyatdan sonraki 3-4 sutkada hər 3-4 saatdan bir təyin olunmalıdır. .Şəkərli diabetli xəstələrdə infeksiyaya yoluxma riski yüksək olduğu üçün antibiotiklərin əməliyyat vaxtı və sonra yeridilməsi lazımdır. | 
QKI* qarişığı : qlükoza + kali +insulin. Bura daxildir: 10%li 500 ml qlükoza, KCL 10 mmol/l ,insulin isə qlikemiyanın səviyyəsindən asılıdır
 Xəstələrin əməliyyatdan sonra aparılması
  
| Əməliyyatdan 3-4 sutka sonra (və ya 1-ci şam yeməyindən sonra) kicik dozalarla insulinterapiya  | |
| Yaranın əməliyyatdan sonra yaxşı sağalması.  | Yaranın əməliyyatdan sonra pis sağalması. | 
| Insulinin dozası 0,7 v/kq  (qlikemiyaya nəzarət etməklə) | Insulinin dozası 1 v/kq- sağalma prosesinin stabilləşməsinə qədər. (qlikemiyaya nəzarət etməklə)  | 
| Əgər xəstə əməliyyata qədər şəkər aşağı salan həb preparatlarından istifadə edibsə, onda insulini kəsmək və endokrinoloqun nəzarəti altında həb preparatlarını təyin etmək lazımdır. | 
Xəstənin koma və perekoma vəziyyətində cərrahi əməliyyat olunması.
| Əməliyyata yalnız həyati göstəriş olduqda və perekoma və ya komadan çıxarıldıqdan 4-6 saat sonra başlamaq lazımdır. Cərrahi əməliyyat və əməliyyatdan sonraki dövr təxirə salınmaz və təcili cərrahi əməliyyatlardakı kimidir. | 
Planlı cərrahi əməliyyatlar
Kiçik cərrahi əməliyyatlar
 
| Qlikemiyanın kompensassiyası ( HbAlc<9,0 % ) | |
| 1-ci tip ŞD | 2-ci tip ŞD | 
| şam etmək olar --- Insulinin adi dozası  | Sutkalıq təsir edən şəkəri aşağı salan həbləri əməliyyatdan 5-7 gün qabag kəsmək.  
 | 
| şam etmək olmaz ---- qısa müddətli təsir edən  | şəkəri aşağı salan qısa müddətli təsir edən preparatlar təyin etmək 
 | 
| əməliyyat günü QKI* qarışığı | əməliyyatı səhər ac qarına kecirmək (qlikemiyanın hər 2 saatdan bir təyini) 
 | 
| əməliyyatdan sonraki dövr təxirə salınmaz və təcili cərrahi əməliyyatlardakı kimidir. | əməliyyatdan sonraki dövrdə şəkəri aşağı salan qısa müddətli preparatı 1-ci qida qəbulundan sonra təyin etmək | 
| əgər əməliyyat zamanı qlükoza yeridilməsi mütləq lazımdırsa onda QKI qarışığı təyin etmək. | |
Böyük cərrahi əməliyyatlar(ŞD 1-ci ve 2-ci tip)
| Qlikemiyanın kompenssassiyası ( HbAlc<9,0 % ) 
 əməliyyata 2-3 gün qalmış xəstə qısa müddətli təsir edən insulinə keçir və qlikemiya hər 3 saatdan bir yoxlanılır 
 Cərrahı əməliyyat səhər ac qarına yerinə yetirilir. Sonra isə təxirə salınmaz və təcili cərrahi əməliyyatlar kimi davam etdirilir. | 
Insulinterapiyanın metodları 
 
| Hipervalemiyanın inkişaf riski vardır  | Hipervalemiyanın inkişaf riski yoxdur | 
|  |  | 
| Mərkəzi venoz təzyiqə,qlikemiyaya, kaliyə nəzarət etməklə: 10%-li qlükoza məhlulu + QMTI 15-20 vahid , 2-4 v/saat + KCL 10 mmol v/d damcı. | A. Perfuzor (2 sistemli aparat) – qlikemiyaya, kaliyə nəzarət etməklə: 1). Qlükoza məhlulu 5%li 100,0 ml/saat 2). QMTI 2-4 v/saat 
 | 
| B. QKI qarışıq: Qlükoza məhlulu 5%-li 500,0 ml+QMTI 10-15 v; 2-4 v/saat + KCL 10mmol v/d damcı 5 saat müddətində. | 
Qeyd : QMTI – qısa müddətli təsir edən insulin.
 
			












