1. Şəkərli diabetin tərifi və onun təsnifatı.
Şəkərli diabet – bu insulin sekressiyasının və ya insulinin təsirinin defekti və ya hər iki faktorun birlikdə təsirinin nəticəsində yaranan, hiperqlikemiya ilə xarakterizə olunan metabolik(mübadilə) xəstəliklər qrupudur.
Şəkərli diabetin təsnifatı.
| Şəkərli diabetin tipi | Xəstəliyin xüsusiyyəti  | 
| 1-ci tip şəkərli diabet Autoimmun Idiopatik | Bir qayda olaraq tam insulin çatışmamazlığına gətirib çıxardan mədəaltı vəzin β-hüceyrələrinin destruksiyası.  
 | 
| 2-ci tip şəkərli diabet | Insulinrezistentliyin üstünlüyü ilə və nisbi insulin çatışmamazlığı və ya insulin sekressiyasının defektinin üstünlüyü ilə birlikdə insulinrezistentlik və ya yalnız insulin sekressiyasının defekti. | 
| Hestasion şəkərli diabet | Hamiləlik vaxtı muşahidə olunur | 
| Şəkərli diabetin başqa tipleri | • β-hüceyrələrinin funksiyalarının genetik qüsurları • insulinin təsirinin genetik qüsurları • mədəaltı vəzin ekzokrin hissəsinin qüsurları • endokrinopatiyalar • dərman preparatları və ya kimyəvi preparatlar tərəfindən yaradılan diabet • infeksiyalar • diabetin immuno-vasitə ilə meydana çıxan qeyri-adi formaları • şəkərli diabetlə birgə gedən digər genetik sindromlar |